ABŞ-da seçki yarışı: Obama..
    • 28-03-2024, 20:00
    • 121

ABŞ-da seçki yarışı: Obama..

ABŞ-ın keçmiş prezidenti Barak Obama ötən cümə günü Ağ Evdə Co Baydeni ziyarət edib.

 Obama son vaxtlar Baydenlə Trampın noyabr seçkilərində üz-üzə gələcəyindən çox narahat olub.

Seçkilərə hazırlaşmağın zəruriliyi nəzərə alınaraq, Obamanın Ağ Evə qayıtması genişmiqyaslı “işgüzar səfər” kimi qiymətləndirilib.

Obama Baydenə seçki hazırlığı ilə bağlı məsləhətlər verib. Səhiyyənin noyabr seçkilərində siyasi cəhətdən güclü və mühüm məsələ olacağını bildirib.

Keçmiş prezident, xüsusilə də, indiki prezident keçən il yenidən seçiləcəyini elan edəndən bəri, dövlət başçısına kömək edir.

Günel Məlikzadə