-
- 26-07-2024, 21:30
- 942
Rusiyada ilin ilk faiz artımı
Rusiya Mərkəzi Bankı bu il ilk dəfə olaraq uçot dərəcəsini artırıb.
News24.az xəbər verir ki, bankdan verilən açıqlamada ölkə iqtisadiyyatına inflyasiya təzyiqinin yüksək səviyyədə davam etdiyi bildirilib.
Açıqlamada daxili tələbat artımının məhsul və xidmət istehsalını artırmaq imkanlarını əhəmiyyətli dərəcədə aşdığına diqqət çəkilərək, "Rusiya Mərkəzi Bankı siyasət faiz dərəcəsini 18 faizə yüksəltmək qərarına gəlib" deyilib.
Qeyd edək ki, bazar gözləntisi bankın siyasət faizini 100-200 baza bəndi artırması idi.
Açıqlamada inflyasiyanın düşməyə başlaması üçün əlavə pul siyasətinin sərtləşdirilməsinin zəruri olduğu bildirilib.
Xatırladaq ki, Rusiya Mərkəzi Bankı sonuncu dəfə iyunun 7-də uçot dərəcəsini 16 faiz səviyyəsində sabit saxlayıb.
Günel Məlikzadə