İsveçdə 8 il sonra ilk
    • 8-05-2024, 15:16
    • 502

İsveçdə 8 il sonra ilk

İsveç Mərkəzi Bankı (Riksbank) yüksək inflyasiya ilə mübarizə aparan iqtisadiyyatın zəif olduğunu əsas gətirərək, səkkiz ildə ilk dəfə siyasət faiz dərəcəsini azaldıb.

News24.az xəbər verir ki, bankdan verilən açıqlamada uçot dərəcəsinin 0,25 baza azalaraq 3,75 faizə endirildiyi bildirilib. Bankın 2016-cı ildən bəri ilk dəfə olaraq faiz dərəcələrini aşağı salması diqqət çəkib.

Pul siyasətində daha da yumşalma ehtimalına diqqət çəkən açıqlamada, "İqtisadi aktivliyin zəif olduğu və inflyasiya hədəfə yaxınlaşdığı zaman pul siyasəti yumşaldıla bilər" deyilib.

Qeyd edək ki, İsveçdə ötən il enerji və ərzaq qiymətlərinin artması səbəbindən illik inflyasiya 10 faizi ötüb.

Son aylarda İsveçrə, Çexiya və Macarıstanın mərkəzi bankları da faiz dərəcələrini aşağı salıblar.

Günel Məlikzadə