Azərbaycanda şok hadisə - Sürücü DYP işçilərinə hücum etdi
    • 30-05-2019, 13:31
    • 1 302

Azərbaycanda şok hadisə - Sürücü DYP işçilərinə hücum etdi

Gəncədə yol polisi işçilərinin qanuni tələbinə əməl etməyərək onlara hücum etmiş şəxsə cinayət işi açılıb.

News24.az-ın məlumatına görə, Gəncənin Nizami rayonunda yol polisi tərəfindən avtomobili saxlanılan Məhərrəmov Toğrul Eyvaz oğlu DYP əməkdaşlarının tələbinə əməl etməyib. O, yol polisi əməkdaşı Abdıyev Mürşüd Sabir oğlu və Əsgərov Xəyyam Xəqani oğluna hücum edərək onlara xəsarət yetirib.

Hadisə ilə bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 315.2-ci, yəni hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə-həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə maddəsi ilə iş açılıb.

T.Məhhərrəmov təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.
Qeyd edək ki, yuxarıda qeyd edilən maddə üzrə təqsirləndirilən şəxslər qanuna əsasən üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.