Bakıda ŞOK HADİSƏ – TANIŞININ ƏMLAKINI MƏHV ETDİ
    • 6-06-2019, 18:14
    • 1 044

Bakıda ŞOK HADİSƏ – TANIŞININ ƏMLAKINI MƏHV ETDİ

Bakıda başqasının əmlakını məhv edən şəxsə cinayət işi açılıb.

News24.az-ın məlumatına görə, Qaradağ Rayon Polis İdarəsində rayon sakini Bəkirov Babək Pirverdi oğlu barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.2.2-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə - yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddəsi ilə iş açılıb. Məlum olub ki, B.Bəkirov tanışı Eyvazov Nəsrulla Tahir oğluna məxsus əmlakı yandıraraq məhv edib.

Qeyd edək ki, yuixarıda qeyd edilən əmələ görə təqsirləndirilən şəxsi Cinayət Məcəlləsinə əsasən üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözlənilir.
Baş vermiş hadisənin təfərrüatı ilə bağlı ətraflı məlumat yoxdur.