-
- 26-07-2024, 23:17
- 460
Dünyanın ən hündür tunelinin tikintisinə başlanıldı
Hindistan dünyanın ən hündür tunelinin tikintisinə başlayıb. Həmin layihənin açılış mərasimini sərhədyanı Birləşmiş Ladax ərazisinə gələn Baş nazir Narendra Modi edib.
News24.az konkret.az-a istinadla xəbər verir ki, Şinkun La tuneli layihəsi 4,1 km uzunluğunda iki qoldan ibarətdir və onlar dağlıq Leh şəhəri ilə bütün hava şəraitində fasiləsiz əlaqəni təmin etmək üçün Nimmu-Padum-Darça yolunda təxminən 4,815 m yüksəklikdə tikiləcək.
“Tikinti başa çatdıqdan sonra bu, dünyanın ən hündür tuneli olacaq. Şinkun La tuneli təkcə silahlı qüvvələrimizin və texnikamızın sürətli və səmərəli hərəkətini təmin etməyəcək, həm də Ladaxın iqtisadi və sosial inkişafına töhfə verəcək”, – Hindistan hökuməti bildirib.
İndi dünyanın ən yüksək tuneli Çində, dəniz səviyyəsindən 4750 m yüksəklikdə yerləşir. O, Tibet Muxtar Bölgəsinin paytaxtı Lhasanı regionun cənub-şərqindəki Ninqçi şəhəri ilə birləşdirən 400 kilometrlik magistral yolun bir hissəsinə çevrilib.