Güclü partlayış: Ölənlər və yaralananlar var
    • Bu gün, 16:36
    • 136

Güclü partlayış: Ölənlər və yaralananlar var

Çinin Henan əyalətində sənaye zonasında baş vermiş partlayış nəticəsində ən azı beş nəfər həlak olub, 14 nəfər yaralanıb.

News24.az Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Partlayışın səbəbi "Zhongrui Nonferrous" şirkətinin zavodunda alüminium külçələrin hazırlanması üçün nəzərdə tutulmuş avadanlığın nasazlığı olub.

Qeyd olunub ki, polis obyektin işinə cavabdeh olan şəxsləri saxlayıb.

Hadisənin təfərrüatı araşdırılır.