İrəvan “3+3” formatının Türkiyə görüşündə iştirak etməyəcək?
    • 27-07-2024, 10:48
    • 590

İrəvan “3+3” formatının Türkiyə görüşündə iştirak etməyəcək?

İrəvan Xarici İşlər Nazirliyi rəhbərlərinin Türkiyədə keçiriləcək “3+3” formatında keçiriləcək görüşündə iştirakla bağlı hələ qərar verməyib.

News24.az modern.az-a istinadən xəbər verir ki, bu qənaətə Ermənistan Xarici İşlər Nazirliyinin “Sputnik Ermənistan”ın yazılı sorğusuna verdiyi cavabdan da gəlmək olur.

Bundan əvvəl İranın Ermənistandakı səfiri Mehdi Sobhani Xarici İşlər Nazirliyi rəhbərlərinin “3+3” formatında növbəti görüşünün yaxın vaxtlarda Türkiyədə keçiriləcəyini bildirmişdi.

“Əgər “3+3” regional platformasının üçüncü iclasında Ermənistanın mümkün iştirakı ilə bağlı konkret razılaşmalar olarsa, ictimaiyyətə məlumat veriləcək”, - Ermənistan XİN-dən qeyd ediblər.