“Enerji içkiləri hamilələr və uşaqlar üçün təhlükəsizdir" - MÜBAHİSƏLİ AÇIQLAMA
    • 30-05-2019, 16:18
    • 1 896

“Enerji içkiləri hamilələr və uşaqlar üçün təhlükəsizdir" - MÜBAHİSƏLİ AÇIQLAMA

Bu gün Azərbaycanda ilk dəfə energetik içkilərin insan orqanizminə təsirinə həsr olunmuş tədbir təşkil olunub. 

News24.az
xəbər verir ki, mətbuat konfransında Avropanın enerji içkiləri (Energy Drinks Europe) Assosiasiyasının prezidenti Andreas Kadi, İstanbul Texniki Universitetinin professoru Beraat Özçelik, Azərbaycan tibb universitinin professoru İbrahim Əhmədov və Azad istehlakçılar Birliyinin sədri Eyyub Hüseynov iştirak edib. 

Tədbirdə ilk çıxışı İTU-nun professoru Beraat Özçelik edib. Ölkə xaricində ana dilində danışa bildiyi üçün çox sevincli olduğunu deyən professor enerji içikləri barədə bunları bildirib: “Enerji içkiləri əsasən oyaq qalmaq, fiziki və zehni aktivliyi artırmaq üçün istifadə edilir. Bu içkilərin əsas tərkibi isə kofeindən ibarətdir. Digər maddələr isə taurin, şəkər, qalükoronolakton, B3, B5, B6 və B12 vitaminləridir. Son iyirmi ildir ki, enerji içkiləri qida əlavələri kimi istifadə olunur. 

Oqranizmimiz kofeini gündəlik həyatımızda müxtəlif qidalardan ala bilir. Kofein kofe, çay, kola və dünyanın bir çox yerində anonim olaraq qidaların tərkibinə qatılan inqridientdir. Bu maddə 15 dəqiqə ərzində effektini göstərir və 2-8 saat ərzində orqanizmdə qalır”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Azərbaycanadünyanın istənilən yerindən məhsul gəldiyini və istehlakçı hüquqlarını qoruyan təşkilat kimi onları daim diqqətdə saxladıqlarını qeyd edib: “Çalışırıq ki, təhlükəli və ya arzuolunmaz malları müəyyənləşdirək. Enerji içkiləri ilə bağlı hər gün mənə zənglər gəlir. Hansını almağı məsləhət gördüyümü soruşurlar. Azərbaycanda istehsal olunan bu tip içkilərin tərkibini araşdırmaq üçün işlərə başlayacağıq. Bundan başqa, biz insanların enerji içkilərindən uzaq olması üçün, daha dəqiq desəm, onları əlçatmaz etmək üçün qiymət artımı təklif etdik və qəbul olundu”.

Avropanın enerji içkiləri (Energy Drinks Europe) Assosiasiyasının prezidenti Andreas Kadi isə ər kəsi təəccübləndirən fikirlər səsləndirdi: “Əslində bu içkilərdən uşaqların da istifadə etməsinə qadağa yoxdur. “Assosasiya 2010-cu ildə təsis olunub və Avropada ikinci belə bir təşkilat yoxdur. Biz bu tip konfransları bütün dünyada keçiririk. Azərbaycanda bir adam il ərzində 4 litrdən az enerji içkisi istifadə edir. Bu isə Avstriyadan 3 dəfə azdır. Enerji içkisində olan inqridientlər bir-biri ilə əks təsir yaratmır və tam təhlükəsizdir. Lakin bu içkiləri orqanizimdə mayenin bərpası üçün istifadə etmək düzgün deyil. İnsan gün ərzində 400 mq kofein qəbul edə bilər və bu, tam təhlükəsizdir. Çoxları onu spirtli içki ilə qatdıqdan sonra səhhətində problemlərin yarandığını bildirir. Həmin problemlər enerji içkisinə görə deyil, alkoqollu içkiyə görə baş verir”.

Andreas Kadi onu da bildirdi ki, bu içkilər 16 il ərzində araşdırılıb və tərkibinin tam ziyansız olduğu qərarına gəlinib. Qeyd etdiyim kimi, 400 mq-a dək kofein qəbulu səhhətdə heç bir problem yaratmır, lakin hamilə qadınlar üçün bu 200 mq həddindədir. Bu, hamilə qadınlara rəsmi olaraq qadağan edilməsə də, biz bunu məsləhət görmürük. 12 yaşından kiçik uşaqlar da energetik içkilərdən istifadə edə bilərlər. 
Amma buna baxmayaraq, biz azyaşlılara reklam ünvanlamırıq”. 

Enerji içkilərinin qadağan olunması məsələsi nə gəldikdə isə, Kadi bunları dedi: “Əgər biz bu gün onları qadağan etsək, uşaqlar, gənclər və ümumiyyətlə hər kəs qəhvə satılan məkanlara üz tutacaq ki, bu da xoş olmayan nəticələrə gətirib çıxaracaq. Çünki onların içəcəkləri kofenin tərkibindəki kofein enerji içkisindən daha çoxdur”.

Teymur MƏMMƏDOV