-
- 28-07-2024, 17:13
- 283
Yaponiyada zəlzələ oldu
Yaponiyanın şimal-şərqində Sakit okeanda 5,3 bal gücündə zəlzələ baş verib.
News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya İdarəsi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar İvate prefekturasının ərazisində və daha dörd obyektdə hiss olunub, zəlzələnin mənbəyi isə 10 metr dərinlikdə olub.
Hələlik tələfat və dağıntılar barədə məlumat verilməyib.