-
- 28-07-2024, 23:27
- 693
Qərb bölgəsində leysan növbəti fəsadlar törədib
Qərb bölgəsində günlərdir müşahidə olunan yağıntılı khava şəraiti növbəti fəsadlara səbəb olub.
News24.az “Report"a istinadla xəbər verir ki, Tovuz, Gədəbəy, Şəmkir, Daşkəsən və Göygöl rayonlarında leysan selə səbəb olub.
Sel suları ucqar kənd yollarına zərər vurub. Çaylar daşıb, sahələrə su dolub, əkin və biçənəklərə ziyan dəyib. Bəzi ərazilərdə elektrik enerjisinin verilməsində fasilə yaranıb.
Xatırladaq ki, dağlıq rayonlarla yanaşı Gəncə şəhərində də leysan fəsadlarla səbəb olub, 30-a yaxın fərdi evin həyətinə yağış suları dolub, yollarda piyadaların və avtomobillərin hərəkətində qismən çətinlik yaranıb.
Bölgədə digər çaylarla yanaşı həmçinin Gəncəçay çayında da aramsız yağan yağışlar nəticəsində suyun səviyyəsi artıb.
Hazırda bölgədə yağıntılı hava şəraiti davam edir.