Tiramisunun yaradıcısı vəfat etdi
    • 29-07-2024, 09:09
    • 230

Tiramisunun yaradıcısı vəfat etdi

İtaliyada tiramisu desertinin yaradıcısı kimi tanınan şirniyyatçı Roberto Linguanotto 82 yaşında vəfat edib. 

News24.az xəbər verir ki, bu barədə “Corriere della Sera” qəzeti yazır.

“Trevisoda orijinal tiramisunun atası hesab edilən xəmir aşpazı Roberto “Loli” Linguanoto 81 yaşında idi: o, uzun sürən xəstəlikdən sonra vəfat edib”, – nəşr yazır.

Qeyd edək ki, Linguanoto 1943-cü ildə Trevisoda anadan olub. Daha sonra Le Beccherie restoranında işləyərkən o, qəhvə, peçenye və maskarpone kremi əsasında məşhur tiramisu desertinin reseptini sistemləşdirib.

Günel Məlikzadə