Məşhur modelyer dünyasını dəyişdi - FOTO
    • 13-04-2024, 08:40
    • 206

Məşhur modelyer dünyasını dəyişdi - FOTO

Bildirilib ki, dünya şöhrətli italyan modelyer və iş adamı Roberto Kavalli 83 yaşında Florensiyada vəfat edib.

News24.az xəbər verir ki, İtaliya mətbuatında dərc olunan xəbərdə Kavallinin bir müddətdir müalicə aldığı və son günlər vəziyyətinin pisləşdiyi qeyd edilib.

Moda dizayneri kimi hər zaman parlaq üslubu ilə diqqət çəkən Cavalli məşhur adların üstünlük verdiyi ikonik marka idi. Roberto Cavalli həmçinin dizaynlarına ekzotik heyvan izləri daxil etməsi ilə məşhur idi.

Qeyd edək ki, 1940-cı il noyabrın 15-də Florensiyada anadan olan Roberto Kavalli ötən il, 82 yaşında 6-cı dəfə ata olub.

Günel Məlikzadə