![Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat aldı](/uploads/posts/2024-07/zumrud-agayeva.webp)
-
- Bu gün, 10:13
- 51
Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat aldı
AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.
News24.az xəbər verir ki, bunu milli assosiasiyanın Mətbuat Xidməti açıqlayıb.
Məlumata görə, Z.Ağayeva Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Partizani" (Albaniya) - "İberia" (Gürcüstan) oyununda UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, avqustun 1-də Albaniyanın Elbasan şəhərinin eyniadlı stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.//axar