-
- 29-07-2024, 10:30
- 235
Meşə yanğını: 10 EV BOŞALDILDI
Adananın Kozan rayonunun Köşeli məhəlləsində səhər saat 04.30 radələrində başlayan meşə yanğınına havadan və qurudan müdaxilə davam edir.
News24.az xəbər verir ki, rayonda əsən güclü külək nəticəsində alov zeytun bağına keçdiyi üçün vətəndaşa məxsus zeytun bağı yanıb.
Kozan Rayon Polis qrupları məhəllədəki 10 evi boşaltarkən, bir vətəndaş yanğının evlərə keçməsinin qarşısını almaq üçün tarlasını şumlayaraq müdaxiləyə dəstək verib.
Qruplar 2 təyyarə, 3 helikopter, 13 su çəni, 12 ilk müdaxilə maşını, 5 iş maşını və 280 canlı qüvvə ilə yanğına müdaxilə edərkən, yanğını idarə etmək üçün işlər davam edir.
Kozan Baş məmuru Bahattin Alp Arslanköylü yanğın koordinasiya mərkəzində meşə yanğını söndürmə qrupları ilə birlikdə böhran masası quraraq hadisə yerində yanğınsöndürmə işlərini izləyib.
Qeyd edək ki, yanğına çoxlu hava və quru qrupları tərəfindən müdaxilə davam edir.
Məryəm İlhamqızı