-
- 29-07-2024, 10:57
- 492
Safiye Soyman: "Övladım, mələk oldun"
Uzun illərdir dağınıq skleroz xəstəliyi ilə mübarizə aparan Safiye Soymanın oğlu Harun Akaröz 52 yaşında dünyasını dəyişib.
News24.az xəbər verir ki, Safiye Soymanın oğlu üçün Bodrumun Gündoğan səmtindəki Mərkəzi Məsciddə dəfn mərasimi keçirilib.
Jurnalistlərə çox təəssüfləndiyini bildirən Safiye Soyman deyib: "Allah heç kimə övlad acısı yaşatmasın. İstəməzdim ki, üstünə milçək qonsun. Oğlum çəkilişdən gələndən bir həftə sonra dünyasını dəyişdi. Sanki oğlum məni gözləyirdi, oğlumu əlimlə yudum".
Soymanın ömür yoldaşı Faiq Öztürk xəstəliyin 7 ildir ağır keçdiyini ifadə edərək, "Çox mübarizə apardı. Ömrünü yataqda keçirdi. Allah onu mələk kimi özü ilə apardı. Allah Safiyeyə ömür versin. Oğluna çox yaxşı baxdı. Bilən bilir ki, bu çox ağır xəstəlikdir".
Övladını itirməyin acısından sarsılan Safiye Soyman oğlunu göz yaşları içində torpağa basdırdıqdan sonra sosial media hesabında paylaşdığı yazı ilə ürəkləri dağlayıb.
Oğlunun tabutunun fotosunu paylaşan Safiye Soyman "Övladım, mələk oldun... Harunum" deyib.
Günel Məlikzadə