Toni Kroosdan Arda Gülər etirafı:
    • Bu gün, 11:12
    • 80

Toni Kroosdan Arda Gülər etirafı: "İlk gündən..."

Alman futbolunun və Real Madridin əfsanəvi adlarından biri olan Toni Kroos AVRO-2024-dən sonra peşəkar futbolçu karyerasını başa vurub.

News24.az xəbər verir ki, 34 yaşlı Kroos İspaniya La Liqasında ötən mövsümün son həftələrində vurduğu qollarla adından söz etdirən milli futbolçu Arda Gülər haqda açıqlama verib.

Keçmiş alman futbolçu Arda Gülərin inanılmaz dərəcədə istedadlı olduğunu meydana çıxdığı ilk andan anladıqlarını vurğulayaraq, "Arda Gülər sağlam qalsa, onu gözəl gələcək gözləyir. İnanılmaz sol ayağı var. Onun kimi çox oyunçu yoxdur. O, həqiqətən öyrənmək və özünü inkişaf etdirmək istəyir. İnanılmaz bir bitirmə qabiliyyəti var, - qeyd edib.

Qeyd edək ki, "Real Madrid" ABŞ-dakı hazırlıq düşərgəsində "Milan", "Barselona" və "Çelsi" ilə qarşılaşacaq.

Arda Gülərin Milan matçında oynamaq şansının olacağı gözlənilir.

Məryəm İlhamqızı