Arvadımın açıq səhnələrini izləyəndə dəliyə dönürəm - ETİRAF
    • 13-01-2023, 16:07
    • 285

Arvadımın açıq səhnələrini izləyəndə dəliyə dönürəm - ETİRAF

Böyük Britaniyanın kral ailəsindən ayrılaraq aktyor həyat yoldaşı Meqan Markl ilə ABŞ-da yaşayan şahzadə Harrinin dərc olunan kitabında maraqlı etiraflar yer alıb.

News24.az xəbər verir ki,  Harri kitabında ilk dəfə 17 yaşında özündən böyük qadınla birlikdə olduğunu ifadə edib. Harri xatirələrində həyat yoldaşı Meqan Marklın filmlərdəki açıq səhnələrindən narahatlıq keçirdiyini zarafatyanə də olsa ifadə edib.

“Quqlda Marklın adını axtarıb “Suits” serialındakı seks səhnələrini görəndə peşman oluram. O səhnələri beynimdən çıxarmaq üçün az qala elektroşok terapiyasına ehtiyac duyuram” deyə Harri zarafatyanə qeyd edib./kanal.az