Zəncirvari yol qəzası: Yaralılar var
    • 29-07-2024, 14:51
    • 158

Zəncirvari yol qəzası: Yaralılar var

Türkiyədə Çapan F.-nin idarə etdiyi avtomobil kəsişmədən dönərkən qarşı tərəfdən gələn Linay E.-nin idarə etdiyi ciplə toqquşub.

News24.az xəbər verir ki, toqquşmanın təsirindən avtomobillər qarşı zolaqda işıqforun qırmızı işığında gözləyən Sinan E.-nin idarə etdiyi avtomobilə çırpılıb.

Qəza nəticəsində sürücülər və nəqliyyat vasitələrində olan 4 nəfər xəsarət alıb. Yaralılar hadisə yerinə gələn təcili yardım maşınları ilə xəstəxanalara aparılıb.

Günel Məlikzadə