Yumurtanı bir də belə bişirin - PEŞMAN OLMAYACAQSINIZ
    • 29-07-2024, 23:15
    • 1 177

Yumurtanı bir də belə bişirin - PEŞMAN OLMAYACAQSINIZ

Yumurta səhər yeməyi üçün tez hazırlanan sadə və sağlam yeməkdir. İstənilən halda yumurta insanı ən azı bir neçə saat enerji ilə təmin edən zülal və amin turşularıdır.

News24.az Lent.az-a istinadən xəbər verir ki, yumurtanı düzgün şəkildə bişirmək və sağlam qidalarla birlikdə istehlak etmək çox vacibdir.


Avokado ilə yumurta


Ləvazimatlar


yumurta;

çörək;

avokado;

duz və digər ədviyyatlar


Hazırlanma qaydası


1. Geniş, dərin bir qazanda suyu qaynadın, sonra istiliyi orta səviyyəyə endirin, duz əlavə edin və yumurtanı bir qaba sındırın, lakin qarışdırmayın.

2. Qazandakı suyu qarışdırın və çiy yumurtanı tökün.

3. 2 dəqiqə bişirin. Qaşıq ilə çıxarın və avokado ilə yayılmış qızardılmış çörək dilimi üzərinə qoyun.


Gül kələmi ilə yumurta


Ləvazimatlar


yumurta;

gül kələm - 1 baş;

bitki yağı - 5 çay qaşığı;

ədviyyatlar;

kərə yağı - 1 çay qaşığı;

1 diş sarımsaq;

ispanaq;

limon şirəsi.


Hazırlanma qaydası


1. Kələm əvvəlcə bitki yağı ilə yağlanmalı, ədviyyatlar və sarımsaqlar əlavə olunmalıdır.

2. Sonra kələm yarpaqlarını və yumnurtanı 200 dərəcədə 10 dəqiqə qaynatmaq və ispanaqlı boşqablara qoymaq olar.

3. Sonda üzərinə limon suyu iəlavə edin.


Nuş olsun!