Qəzzada ölənlərin sayı 39 min 363-ə yüksəldi
    • Dünən, 23:59
    • 48

Qəzzada ölənlərin sayı 39 min 363-ə yüksəldi

Fələstin Səhiyyə Nazirliyi tərəfindən edilən yazılı açıqlamada İsrailin Qəzza zolağına 297 gündür hücumları ilə bağlı məlumat verilib.

News24.az TRT-yə istinadən xəbər verir ki, İsrail ordusunun son 24 saat ərzində həyata keçirdiyi hücumlarda daha 39 fələstinlinin şəhid olduğu, 93 nəfərin yaralandığı bildirilib.

Qeyd olunub ki, hücumlarda ölənlərin sayı 39 min 363-ə, yaralıların sayı isə 90 min 923-ə yüksəlib.

Günel Məlikzadə