Qəzzada ölənlərin sayı 39 min 175-ə yüksəldi
    • 25-07-2024, 21:40
    • 139

Qəzzada ölənlərin sayı 39 min 175-ə yüksəldi

Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin Qəzza zolağına 293 gündür hücumları ilə bağlı məlumat verilib.

News24.az xəbər verir ki, İsrail ordusunun son 24 saat ərzində həyata keçirdiyi hücumlarda daha 30 fələstinlinin şəhid olduğu, 146 nəfərin yaralandığı bildirilib.

İsrailin 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayının 39 min 175-ə, yaralı sayının isə 90 min 403-ə yüksəldiyi açıqlanıb.

Bəyanatda dağıntılar altında və yol kənarında hələ də cəsədlərin olduğu, lakin İsrailin maneələri üzündən tibb qrupları və mülki müdafiə səlahiyyətlilərinin cəsədlərə çata bilmədiyi də təkrarlanıb.

Günel Məlikzadə