-
- 23-07-2024, 21:50
- 270
Qəzzada ölənlərin sayı 39 min 90-a yüksəlib
Qəzzada Fələstin Səhiyyə Nazirliyi tərəfindən edilən yazılı açıqlamada İsrailin Qəzza zolağına 291 gündür hücumları ilə bağlı məlumat verilib.
News24.az xəbər verir ki, İsrail ordusunun son 24 saat ərzində Qəzzanın müxtəlif bölgələrində 8 "qırğın" həyata keçirdiyi və bu hücumlarda daha 84 fələstinlinin həyatını itirdiyi, 329 nəfərin isə yaralandığı bildirilib.
Qeyd olunub ki, İsrailin 7 oktyabr 2023-cü ildən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı 39 min 90-a, yaralıların sayı isə 90 min 147-yə yüksəlib.
Bəyanatda dağıntılar altında və yol kənarında hələ də cəsədlərin olduğu, lakin İsrailin maneələri üzündən tibb qrupları və mülki müdafiə səlahiyyətlilərinin cəsədlərə çata bilmədiyi də təkrarlanıb.
Günel Məlikzadə