Qəzzada can itkisi 37 min 372-yə yüksəldi
    • 18-06-2024, 17:36
    • 173

Qəzzada can itkisi 37 min 372-yə yüksəldi

Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin 256 gündür Qəzza zolağında həyata keçirdiyi hücumlarla bağlı məlumat verilib.

News24.az xəbər verir ki, İsrail ordusunun son 24 saatda Qəzzanın müxtəlif bölgələrində 3 qırğın törətdiyi və bu hücumlarda daha 25 fələstinlinin həyatını itirdiyi, 80 fələstinlinin isə yaralandığı bildirilib.

Qeyd olunub ki, İsrailin 7 oktyabr 2023-cü ildən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı 37 min 372, yaralıların sayı isə 85 min 452-yə yüksəlib.

Bəyanatda dağıntılar altında və yol kənarında hələ də cəsədlərin olduğu, lakin İsrailin maneələri üzündən tibb qruplarının və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi də təkrarlanıb.

Günel Məlikzadə