-
- 29-07-2024, 18:53
- 2 700
İbrahim Borçalının həyat yoldaşı: "Dünyada valideynin cəhənnəmi..."
Müğənni İbrahim Borçalının həyat yoldaşı Zöhrə Həsənova "O üz" verilişində avtomobil qəzasında dünyasını dəyişən oğlu Rəhim Həsənovdan danışıb.
News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, Zöhrə Həsənova bu sözləri deyib: "Dünyada valideynin cəhənnəmi övladını itirəndən sonra başlayır. Oğlum həmişə deyirdi ki, ana, sən çox güclüsən! Oğlumun xatirəsinin yaşaması üçün əlimdən gələni edəcəm.
Məcbursan dərdini içində alıb, cəmiyyətə qarışasan. Amma kənardan baxan deyir ki, ayağa qalxdılar. Evdə bir övladımız var. İbrahim Borçalı şou-biznesdədir. O, sənəti üçün yaşayıb və davam etməyə məcburdur. Övladı çiynində torpağa qoyandan sonra cəmiyyətə qarışmağı yalnız biz ikimiz bacardıq. Bəlkə də İbrahim olmasaydı, ayağa qalxa bilməzdim.
İnşallah, oğlumuzla qovuşacağıq. Sadəcə zaman var".
Qeyd edək ki, İbrahim Borçalının 21 yaşlı oğlu Rəhim Həsənov 2020-ci ilin iyulunda, Gürcüstanda avtomobil qəzasında dünyasını dəyişib.