Uşaq üstündə dava güllələnmə ilə nəticələndi
    • Bu gün, 11:13
    • 81

Uşaq üstündə dava güllələnmə ilə nəticələndi

Kayserinin Develi rayonunda iki ailə arasında uşaq üstündə dava düşüb.

News24.az medianews.az-a istinadən xəbər verir ki, dava böyüdükcə tərəflərdən biri S.A. tüfənglə Nuray Dabaz və oğulları Ali Dabaz və Serkan Dabazı güllələyib.

Ana və iki oğlu həyatını itirib.

Ana və oğulların meyitləri müayinə olunduqdan sonra morqa, hadisəni törətməkdə şübhəli bilinən şəxs isə polis bölməsinə aparılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.