Təyyarə mübahisə səbəbindən TƏCİLİ ENİŞ ETDİ
    • Bu gün, 15:16
    • 62

Təyyarə mübahisə səbəbindən TƏCİLİ ENİŞ ETDİ

İrlandiyanın Aer Lingus aviaşirkətinin təyyarəsi ər-arvadın mübahisə etməsi səbəbindən təcili eniş edib.

News24.az KİV-ə istinadən xəbər verir ki, insident Dublindən Palma-de-Malyorkaya uçan təyyarənin göyərtəsində baş verib. Uçuş zamanı mübahisə edən ər və arvad ucbatından pilotlar təyyarəni havada döndərməli olublar. Üstəlik, həyat yoldaşları arasındakı mübahisə fiziki şiddətə çevrilib.

Pilot dava barədə məlumat verərək hava hərəkəti dispetçerlərinin köməyi ilə Fransanın Nant hava limanına eniş edib. Enişdən sonra kişi məişət zorakılığı və həyat yoldaşına xəsarət yetirdiyi üçün həbs edilib. 

Bildirilir ki, təyyarə iki saat dayandıqdan sonra ekipaj uçuşu davam etdirib.

Qeyd edək ki, aviaşirkətin özü insidentlə bağlı şərh verməyib.


Məryəm İlhamqızı