Gürcüstana uçan təyyarə təcili eniş etdi - DAVA DÜŞDÜ
    • 5-03-2024, 20:00
    • 683

Gürcüstana uçan təyyarə təcili eniş etdi - DAVA DÜŞDÜ

Memmingendən Kutaisiyə uçan “Wizz Air” təyyarəsi Rumıniyanın Kluj-Napoka şəhərinin hava limanına məcburi eniş edib. 

News24.az xəbər verir ki, “Georgia Online” məlumat yayıb.

Məlumata görə, məcburi enişin səbəbi sərnişinlər arasında yaranan münaqişə davaya çevrilib.

Enişdən sonra dava edən şəxslər polisin köməyi ilə təyyarədən çıxarılıb.

Mehriban Mirzəzadə