-
- 30-07-2024, 15:31
- 301
Çayı BELƏ DƏMLƏYİN
Türk mədəniyyətində önəmli içkilərdən biri də çaydır. Sağlam quruluşu və ləzzətli dadı ilə bizi özünə cəlb edən çayı günün istənilən vaxtında ləzzətlə içmək olar. Fərqli təbii üsulları sınayaraq çayın həm faydasını, həm də dadını artıra bilərsiniz.
News24.az xəbər verir ki, düzgün istifadə ilə çay sağlamlıq üçün çox faydalı içkidir. Həm dəmləmədən əvvəl, həm dəmləmə zamanı və hətta dəmləndikdən sonra bəzi praktiki məlumatları tətbiq etsəniz, çayın dadı artacaq. Çay dəmləyərkən bilməli olduğunuz şeylər bunlardır:
1. Keyfiyyətli çay seçin və uyğun şəraitdə saxlayın.
2. Çaydanınızın keyfiyyətli olmasına diqqət edin. Çaydanınızı da əhəngdən təmizləyin.
3. Çay dəmləyərkən kran suyu əvəzinə içməli suyu seçin.
4. Saxlanmış, qaynadılmış və soyudulmuş su ilə çay dəmləməkdən çəkinin.
Mixək əlavə edə bilərsiniz: Qara çaya mixək əlavə etsəniz, fərqli bir ətir əldə edə bilərsiniz. Baş ağrılarından xilas olmaq üçün də mükəmməldir.
Dəmləyərkən şəkərlə ləzzət verin: Çayı dəmləyərkən çaydana bir küp şəkər əlavə etsəniz, dəmlənərkən çayın acı olma ehtimalını aradan qaldırmış olarsınız.
Limon əlavə edin: Çay süfrəyə verərkən yarım dilim limon əlavə etmək həm çaya dad qatacaq, həm də faydasını artıracaq. Limonun zəngin antioksidan və vitamin quruluşundan faydalanmaq üçün limonla çay içə bilərsiniz. Limonlu çay bədəndən ödemi aradan qaldırmağa kömək edir. O, həmçinin mədəni rahatlaşdırır, həzmi asanlaşdırır və immunitet sistemini gücləndirir.
Məryəm İlhamqızı