Tramp Pensilvaniyada yenidən mitinq keçirəcək
    • Bu gün, 15:40
    • 55

Tramp Pensilvaniyada yenidən mitinq keçirəcək

Donald Tramp Amerikanın Fox News kanalına danışıb.

News24.az xəbər verir ki, o, mitinqini sui-qəsdin edildiyi Batler şəhərində yekunlaşdıracağını açıqlayıb.

"Düşünürəm ki, bu, simvolik baxımdan vacibdir. Psixi sağlamlığı və ya digər problemləri olan biri bizi dayandırmamalıdır", - Tramp deyib. 

Tramp noyabr seçkiləri üçün Demokratların namizədi Kamala Harrislə də televiziya debatı keçirəcəyini açıqlayıb. O, bir daha Harrisi məğlub etməyin namizədlikdən geri çəkilmiş prezident Co Baydeni məğlub etməkdən daha asan olacağını müdafiə edib.

O bildirib ki, Harrisin seçicilər arasında Bayden qədər dəstəyi yoxdur.

Günel Məlikzadə