-
- 26-07-2024, 09:54
- 273
Tramp və Harris arasındakı xal fərqi birə DÜŞDÜ
New York Times/Sienna Kollecinin sifarişi ilə keçirilən son sorğu Tramp və Harrisin hazırkı səs payı ilə bağlı təxminləri göstərib.
News24.az xəbər verir ki, 22-24 iyul tarixlərində böyüklər arasında aparılan milli sorğuda 1142 nəfərin 48%-i Trampı, 47%-i isə Harrisi dəstəkləyib.
Xatırladaq ki, iyunun 27-də Bayden və Tramp arasında canlı yayımda keçirilən seçki debatından sonrakı sorğuda Bayden Trampdan 6 xal geri qalmışdı.
Siyasi müşahidəçilər, Baydenin iyulun 19-da yarışdan çəkildiyini elan etdikdən sonra onun əvəzləyici namizədi kimi irəli sürdüyü və dəstəklədiyi Harrisin bir həftə olmadan rəqibi Trampla fərqi 1 xalla bağlamasını indiki mərhələdə uğur hesab ediblər.
Məryəm İlhamqızı