İlon Maskın qızı  atasının "qəddar" və "əhli-kef" olduğunu söylədi
    • Bu gün, 19:36
    • 49

İlon Maskın qızı atasının "qəddar" və "əhli-kef" olduğunu söylədi

Vivian Jenna Vilson 2022-ci ildə atası İlon Maskla bütün münasibətlərinə son qoyub.

News24.az Ednews-a istinadən xəbər verir ki, Twitter-in baş direktoru və texnologiya milyarderi İlon Maskın 20 yaşlı qızı Vivian Jenna Vilson cümə günü atası haqqında təəccüblü açıqlamalar verib.

Amerika Birləşmiş Ştatlarının (ABŞ) aparıcı televiziya kanallarından biri olan NBC News-a danışan Vilson, atasının uşaqlıq illərində ona cinsi oriyentasiyasına görə onunla "qəddarcasına" davrandığını iddia etdi.

Maskı "soyuq", "asanlıqla hirslənən" və "narsisist bir insan" olaraq xarakterizə edən Vilson, cinsiyyət dəyişdirmə prosesindən əvvəl "qadın davranışı" səbəbiylə atasından təzyiqlərə məruz qaldığını və belə xəbərdarlıqlar aldığını söylədi. "daha kişi görünmək" və "səsini dərinləşdirmək" kimi.

İlon Maskın iddialarından biri də Vivianın “homoseksual və bir qədər autizmli” doğulması idi.