Maskın trans qızından sərt açıqlama:
    • 27-07-2024, 09:42
    • 459

Maskın trans qızından sərt açıqlama: "Zalım və itmiş bir ata"

Texnologiya milyarderi İlon Maskın qızı Vivian Cenna Uilson müsahibəsində atasını sərt sözlərlə tənqid edib.

News24.az xəbər verir ki, atasının soyadından imtina edib anasının soyadını götürən Uilson, milyarderdən qadına xas göründüyü üçün onu təhqir edən qəddar, ortada olmayan ata kimi danışıb.

Mask bu yaxınlarda cinsiyyətini dəyişən qızının tibbi müalicəsi ilə bağlı təəccüblü açıqlamalar verib. Bu yaxınlarda verdiyi müsahibədə o, qızının köhnə adından istifadə edib və trans olmasını "oyanmış ağıl virusu tərəfindən öldürüldü" kimi təsvir edib.

Qeyd edək ki, atasının şərhlərindən qəzəblənən Uilson müsahibəsində deyib: 

"Məncə, o, heç nə deməyəcəyimi güman edib. Ancaq onu cavabsız qoymayacam. Sən minlərlə izləyici qarşısında mənim haqqımda açıq-aşkar yalan danışacaqsan, mən də buna məhəl qoymayacağam?!”

Bildirək ki, 20 yaşlı qız, Maskın ortaq himayədarlığına baxmayaraq, həyatından xeyli uzaqlaşdığını, homoseksual olduğu və qadın xüsusiyyətlərini nümayiş etdirdiyi üçün onu təhqir etdiyini, hətta səsini aşağı salmağa məcbur etdiyini iddia edib. 

Günel Məlikzadə