Səhiyyə Nazirliyi uşaqlar üçün aksiya başlayır
    • 31-05-2019, 12:48
    • 1 236

Səhiyyə Nazirliyi uşaqlar üçün aksiya başlayır

Səhiyyə Nazirliyi 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı aksiya keçirir.  

Səhiyyə Nazirliyindən News24.az-a verilən məlumata görə, Azərbaycanda uşaqların problemlərinin həlli istiqamətində müxtəlif layihələr həyata keçirilir. Səhiyyə Nazirliyinin 24 may 2019-cu il tarixli 97-S nömrəli Sərəncamı ilə “1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə bağlı Bakı şəhərində və respublikanın cəbhə bölgələrində yerləşən rayonlarda uşaqları yüksəkixtisaslı mütəxəssislər tərəfindən tibbi müayinələrdən keçirir. Belə ki, Bakı Baş Səhiyyə İdarəsi, Psixonevroloji Uşaq Evində, 5 nömrəli Uşaq Somatik Sanatoriyası və 7 nömrəli Uşaq Nevroloji Sanatoriyasında; Respublika Endokrinoloji Mərkəzi, Dispanser qeydiyyatda olan şəkərli diabetli uşaqları; akad. K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, Ağdam və Tərtər rayonlarında; Respublika Uşaq Klinik Xəstəxanası, Füzuli rayonunda; akad.Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və “Azərbaycan Pediatriya Assosiasiyası” isə Ağdam rayonu 4 Yol Qəsəbəsində müayinələr aparacaqlar.