"Haniyənin ölümünə səbəb olan hücumu şiddətlə qınayırıq"
    • 31-07-2024, 16:56
    • 278

"Haniyənin ölümünə səbəb olan hücumu şiddətlə qınayırıq"

Peskov jurnalistlərə açıqlamasında HƏMAS lideri Haniyənin öldürülməsinə reaksiya verib.

News24.az xəbər verir ki, bu cür hərəkətlərin regionda sülhün bərqərar edilməsi cəhdlərinə qarşı olduğuna diqqət çəkən Peskov bunun onsuz da gərgin olan vəziyyəti əhəmiyyətli dərəcədə poza biləcəyinə inandıqlarını da vurğulayıb.

Peskov, "Həmas Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin ölümünə səbəb olan hücumu şiddətlə qınayırıq" dedi. 

Günel Məlikzadə