İsrail HƏMAS liderinin bacısını saxlayıb
    • 1-04-2024, 15:56
    • 222

İsrail HƏMAS liderinin bacısını saxlayıb


İsrail HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyənin daha bir bacısını saxlayıb. 

News24.az "Unikal"a istinadla xəbər verir ki, mövzu ilə bağlı xəbər İsrailin KAN dövlət televiziyasında yayımlanıb. İsrail qüvvələrinin səhər saatlarında Haniyənin bacısını “HƏMAS fəalları ilə əlaqədə olduğu, hərəkata rəğbət bəslədiyi və təxribatlar törətdiyi” əsası ilə saxladığı bildirilib. 

Xəbərdə Negevdə yaşayan 57 yaşlı Sabah Abdusselamın "evində sənədləri, rabitə vasitələri və cib telefonları və digər ciddi təhlükəsizlik pozuntusu şübhəsi olan hallar olduğu" iddia edilib. 

Bildirilib ki, həbs müddətinin uzadılması tələbi ilə sübutlar məhkəməyə təqdim olunacaq. 

HƏMAS hələlik məsələ ilə bağlı açıqlama verməyib.