Yıxılan alpinist həyatını itirdi
    • Dünən, 23:30
    • 71

Yıxılan alpinist həyatını itirdi

Özkan Çorapçıoğlu (43) saat 10.30 radələrində Emli Vadisi Kaletepe mövqeyində 4 nəfərlik bir qrup dırmaşarkən yıxılaraq yaralanıb.

News24.az xəbər verir ki, dostlarının xəbər verməsindən sonra hadisə yerinə AFAD, UMKE və Niğde İl Jandarma Komandanlığı Jandarma Axtarış-Xilasetmə qrupları sövq edilib.

Qruplar tərəfindən yerindən endirilən yaralı alpinist təcili yardımla xəstəxanaya aparılıb.

Həkimlərin bütün müdaxiləsinə baxmayaraq Çorapçıoğlunu xilas etmək mümkün olmayıb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Günel Məlikzadə