-
- 1-08-2024, 19:00
- 260
Şimpanzelərin yeni bacarığı alimləri heyrətə gətirdi
İsveç, Böyük Britaniya və İsveçrədən olan beynəlxalq alimlər qrupu şimpanzelərin insan nitqini öyrənə biləcəyinə dair sübutlar tapıblar.
News24.az oxu.az-a istinadən bildirir ki, tədqiqat "Scientific Reports" (SciRep) elmi jurnalında dərc olunub.
Mütəxəssislər müxtəlif şəraitdə insanabənzər meymunlarla aparılan təcrübələrin köhnə videolarını araşdırarkən bu kəşfi ediblər.
Komanda nə üçün insanların Yer kürəsində nitq inkişaf etdirən yeganə növ olduğuna dair onilliklər boyu davam edən elmi mübahisəni həll etmək istəyib. Məlumdur ki, bəzi ali primatlar həmçinin səs siqnalları vasitəsilə ünsiyyət qurmağı öyrənmişlər, lakin bunu şifahi dil hesab etmək olmaz.
Materialların təhlili zamanı elm adamları şimpanzelərin ən azı üç müxtəlif fərdlərinin ayrı-ayrı insan sözlərini tələffüz etdiklərinin sübutunu tapıblar.
Tədqiqatçılar aşkar ediblər ki, meymunlar aydın şəkildə "ana", "ata" və "fincan" deməyi öyrəniblər. Mütəxəssislər şimpanzelərin tələffüzünün insan nitqindən fərqli olduğunu qeyd ediblər. Bununla belə, aşkar edilən materiallar sübut edir ki, ali primatlar müəyyən şəraitdə insan sözlərindən istifadə edə bilirlər.