-
- 1-08-2024, 21:56
- 372
38 dəqiqə: Tarixin ən qısamüddətli müharibəsi
İngiltərə-Zənzibar müharibəsi ən qısa müharibə kimi Ginnesin Rekordlar Kitabına daxil edilib. Böyük Britaniya ilə Zanzibar Sultanlığı arasında qarşıdurma 38 dəqiqə - 1896-cı il avqustun 28-də saat 09.00-dan 09:38-ə qədər, məhz sultan sarayının üzərindəki bayraq sökülənədək davam edib.
News24.az Lent.az-a istinadla bu maraqlı və ildırımsürətli müharibə barədə yazını təqdim edir.
Tarixi gündən 3 gün əvvəl - 25 avqust 1896-cı ildə Zənzibar Sultanı Həməd ibn Tuveyni hamı üçün gözlənilmədən vəfat etdi. O, Britaniyaya sadiq idi və Zanzibar hakimiyyətinin heç vaxt ölkənin imperiya ambisiyalarına qarışmamasını təmin edirdi.
Tuveyninin ölümündən sonra əmisi oğlu Xalid ibn Bərqaş həmin gün saraya daxil olaraq özünü Sultan elan etdi. Belə bir dönüş Böyük Britaniya ilə bağlanmış müqaviləni pozurdu, ona görə ki, Zənzibarda hakimiyyət dəyişikliyi yalnız onların icazəsi ilə baş verə bilərdi. İngilislər Zənzibara ultimatum təqdim edərək Barqaşın istefasını tələb etdilər. Əslində Böyük Britaniya taxtda Tuveynin digər əmisi oğlu Hamud ibn Məhəmmədin olmasını istəyirdi.
Buna cavab olaraq Barqaş son dərəcə cəsarətli və yanlış bir addım atdı. O, sarayda barrikada qurdu və tez bir zamanda müdafiə üçün 2800 nəfərlik ordu topladı.
27 avqust 1896-cı ildə səhər saat 9:00-da Britaniya Kral Donanması Zənzibar limanını bombalamağa və Sultanın sarayını atəşə tutmağa başladı. Sahildəki Zanzibar qoşunları taxta binalarda cəmləşmişdi və ingilislərin partlayıcı mərmiləri onlara dəhşətli dağıdıcı təsir göstərmişdi.
Atəşin açılmasına başlanmasından 5 dəqiqə sonra, səhər saat 9:05-də yeganə Zanzibar gəmisi olan “Qlazqo” cavab olaraq kiçik çaplı toplarla Britaniya kreyseri “Müqəddəs George”u atəşə tutdu. İngilis kreyseri dərhal ağır silahları ilə cavab atəşi açdı və “Qlazqo”nu dərhal batırdı. Zənzibar dənizçiləri dərhal bayrağı endirdilər və tezliklə xilasedici qayıqlarda olan ingilis dənizçiləri tərəfindən xilas edildilər.
Bombardman başlayandan bir müddət sonra saray kompleksi alovlu bir xarabalığa çevrildi və həm qoşunlar, həm də Sultanın özü (ilk qaçanlardan biri) tərəfindən tərk edildi. Ancaq Zənzibar bayrağı sadəcə olaraq onu endirəcək heç kim olmadığı üçün sarayın bayraq dirəyində dalğalanmağa davam edirdi. Tezliklə mərmilərdən biri bayrağı yerə saldı.
Zanzibar 500-ə yaxın döyüşçüsünü itirdi. İngilislər yalnız bir dənizçinin yüngül yaralandığını bildirdilər. Xalid ibn Bərqaş ölkədən qaçaraq Almaniyadan siyasi sığınacaq aldı. İngiltərə, planlaşdırıldığı kimi, öz namizədi - Sultanı Həmud ibn Məhəmməd ibn Səidi Zənzibar Sultanı təyin etdi.
Zanzibar Hind okeanında 75 adadan ibarət arxipelaqdır. 1890-cı ildə Almaniya ilə Böyük Britaniya arasında bağlanan Zənzibar müqaviləsi nəticəsində İngiltərənin protektoratına çevrildi. 74 ildən sonra, 1964-cü ilin əvvəlində Britaniya hökuməti Zənzibarı Ərəb Sultanına təslim etdi. Bir həftə sonra Zanzibar müstəqil dövlət - Zənzibar Xalq Respublikası elan edildi.
Elə həmin il baş verən üsyan baş verdi, adanın qaradərili əhalisi ərəb azlığın hakimiyyəti altında qalmaq istəmədi. Nəticədə, Zənzibar və Tanqanika birləşmək barədə razılıq əldə etdilər və 196-4 cü ildə Tanzaniya dövləti yaradıldı.