Cüdoçumuz qələbə qazandı - Paris-2024
    • Bu gün, 13:16
    • 60

Cüdoçumuz qələbə qazandı - Paris-2024

Azərbaycan cüdoçusu Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında Zelim Kotsoyev mübarizəyə başlayıb.

News24.az Metbuat.az-a istinadla bildirir ki, 100 kq çəki dərəcəsində yer alan dünya çempionu 1/8 final mərhələsində Pyotr Kuçera (Polşa) ilə üz-üzə gəlib.

Rəqibini məğlub edən Kotsoyev 1/4 finala yüksəlib.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. Daha əvvəl cüdoçu Hidayət Heydərov (73 kq) olimpiya çempionu olub.