Putin azərbaycanlı alimlə bağlı FƏRMAN
    • 31-05-2019, 16:00
    • 820

Putin azərbaycanlı alimlə bağlı FƏRMAN

Rusiya Prezidenti Vladimir Putin aeroportlara ölkənin görkəmli şəxsiyyətlərinin adlarının verilməsi barədə Fərman imzalayıb.
Bu haqda məlumat Rusiya prezidentinin şəxsi informasiya portalında yer alıb.

Sənədə əsasən, Rusiyanın Surqut aeroportuna Sibir neft yataqlarını kəşf etmiş əfsanəvi azərbaycanlı geoloq Fərman Salmanovun adı verilib.
Qeyd edək ki, həmin fərmana əsasən, Moskvanın Şeremetyeva, Domodedovo və Vnukovo hava limanlarına Aleksandr Puşkin, Mixail Lomonosov və Andrey Tupolevin adı verilib. 

Onu da bildirək ki, “Rusiyanın dahi adları” müsabiqəsi ötən il keçirilib. Rusiyalılar 47 aeroporta dahi şəxsiyyətlərin adlarının verilməsi üçün səsvermədə iştirak ediblər.

Xatırladaq ki, Fərman Salmanov 28 iyul 1931-ci ildə Şəmkir rayonun Morul kəndində anadan olub.