Metroda insanlara pulsuz süd və dondurma paylanıb- Bakı Metropolitenindən AKSİYA
    • 31-05-2019, 16:56
    • 809

Metroda insanlara pulsuz süd və dondurma paylanıb- Bakı Metropolitenindən AKSİYA

Bakı metropolitenində “O səni məhv etməmiş, sən onu məhv et” aksiyası keçirilib. 

“Bakı Metropoliteni” QSC-dən News24.az-a verilən məlumata görə, aksiya31 may Ümumdünya Tütünlə Mübarizə gününə həsr olunub. Həm müəssisə əməkdaşları, həm də metropoliten sərnişinləri arasında keçirilən aksiyanın əsas məqsədi tütündən istifadənin zərəri və ətraf mühitdəki tütün tüstüsünün ziyanları barədə cəmiyyətin daha da maarifləndirilməsinə töhfə verməkdir. 

Aksiya «Nərimanov» elektrik deposu, müəsissənin inzibati binasında və digərstansiyalarda təşkil olunub. 

“Bakı Metropoliteni” QSC-nin sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi (SƏTƏMM) şöbəsinin təşkilatçılığı ilə keçirilən “O səni məhv etməmiş, sən onu məhv et” aksiyasında belə bir günün təsis edilməsinin səbəbləri, tütün və onun zərərləri haqqında məlumat verilib, siqaretdən imtina edənlərin statistik faktları, siqaret çəkməyən şəxsin mühitin təsirinə məruz qalmasından bəhs edilib.

Depoda və inzibati binada keçirilən aksiya zamanı həm də maraqlı kampaniya təşkil edilib. Siqaretiqutusu ilə zibil konteynerinə atanlara, bunun əvəzinə süd və yaxud dondurma verilib.

Mövzunun aktuallığını nəzərə alaraq, stansiyalarda sərnişinlərə tütündən istifadənin zərəri və ətraf mühitdəki tütün tüstüsünün ziyanlı təsirinin əks olunduğu maarifləndirici bukletlər paylanılıb vəsöhbətlər aparılıb.