Sevgilinizi əvvəlki kimi sevirsiniz?
    • 1-08-2024, 23:50
    • 480

Sevgilinizi əvvəlki kimi sevirsiniz?

Münasibətlər zaman keçdikcə mürəkkəbləşə və çətinləşə bilər. Bu, partnyorlar arasındakı əlaqənin zəifləməsinə səbəb ola bilər. 

News24.az partnyorunuzdan uzaqlaşdığınızı göstərən əlamətləri təqdim edir.

1. ONUNLA VAXT KEÇİRTMƏK ƏVVƏLKİ KİMİ MARAQLI DEYİLSƏ

Əgər partnyorunuzla vaxt keçirmək artıq sizi cəlb etmirsə, həyəcan zəngləri çalır. Bir vaxtlar böyük xoşbəxtliklə etdiyiniz fəaliyyətlər sizin üçün bezdirici hala gəldisə, hissləriniz dəyişə bilər.

2. QƏRARLARI TƏK QƏBUL EDİRSİNİZSƏ

Həyatınızla bağlı böyük və ya kiçik qərarlarınızı partnyorunuzla bölüşmürsünüzsə və onun fikrinə əhəmiyyət vermirsinizsə, ona qarşı köhnə hissləriniz olmaya bilər.

3. GƏLƏCƏK HAQQINDA DÜŞÜNƏNDƏ TƏRƏFDAŞINIZI DAXİL ETMİRSİNİZSƏ

Əgər tərəfdaşınızı gələcək planlarınıza və xəyallarınıza daxil etməyi dayandırmısınızsa, hisslərinizi nəzərdən keçirməlisiniz.

4. AYRI OLANDA DARIXMIRSINIZSA

Əgər partnyorunuz müxtəlif yerlərdə və ya şəhərlərdə olarkən hər hansı səbəbdən onunla ünsiyyət qurmaq istəmirsinizsə, bu, ondan uzaqlaşdığınıza işarə ola bilər.

5. ƏGƏR ONUN HƏYATI İLƏ MARAQLANMIRSINIZSA

Bir çox insan həyatlarında baş verənləri sevdiyi insanla bölüşmək üçün səbirsizlənir. Əgər artıq bu həyəcanı yaşamırsınızsa, nə həyat yoldaşınızla həyatınızı bölüşmürsünüzsə, nə də həyatında baş verənlərlə maraqlanırsınızsa, münasibətlərinizi yenidən nəzərdən keçirməli ola bilərsiniz.

Günel Məlikzadə