ABŞ Yaxın Şərqə hərbi gəmilər göndərdi
    • Bu gün, 16:53
    • 57

ABŞ Yaxın Şərqə hərbi gəmilər göndərdi

Amerika Birləşmiş Ştatları Yaxın Şərqə dörd min dənizçi və dəniz piyadalarından ibarət amfibiya qüvvəsi olan 12 döyüş gəmisi göndərib.

News24.az xəbər verir ki, bu barədə “The Washington Post” yazıb.

“Gəmilərə "USS Theodore Roosevelt" təyyarə daşıyan gəmisi və onu müşayiət edən döyüş gəmiləri, həmçinin üç gəmidən ibarət Wasp Amfibiya Hazır Qrupu daxil idi”, - mənbə bildirib.

Qeyd olunur ki, gəmilər İsrailin Beyrut və Tehrana hücumları fonunda Fars körfəzi və Aralıq dənizinə gedib.


Məryəm İlhamqızı