Ukrayna hərbçilərinin cəsədini QƏBUL ETDİ
    • Bu gün, 13:54
    • 56

Ukrayna hərbçilərinin cəsədini QƏBUL ETDİ

Ukrayna Silahlı Qüvvələri 250 hərbçisinin cəsədini qəbul edib. 

News24.az xəbər verir ki, bu barədə Ukraynanın Koordinasiya Qərargahı öz Facebook səhifəsində məlumat yayıb.

Onun sözlərinə görə, repatriasiya tədbirləri nəticəsində meyitlər Ukrayna tərəfinə təhvil verilib. 

Rusiya tərəfi hələlik mübadilə barədə açıqlama verməyib.

Xatırladaq ki, iyulun 17-də Rusiya Müdafiə Nazirliyi əsirlikdə olan 95 rusiyalı hərbçinin Ukraynanın nəzarətində olan ərazilərdən geri qaytarıldığını bildirib.

Məryəm İlhamqızı

Ukrayna 250 əsgərin cəsədini qəbul edib