Ukrayna ilə Rusiya cəsədlərini dəyişdi
    • 6-10-2023, 19:00
    • 152

Ukrayna ilə Rusiya cəsədlərini dəyişdi

Ukrayna ilə Rusiya arasında müharibədə həyatını itirən əsgərlərin cəsədlərinin mübadiləsi davam edir.

News24.az xəbər verir ki, bu barədə Ukraynada Əsirlərin Müalicəsi üzrə Koordinasiya Qərargahı açıqlama yayıb.

Açıqlamada Ukraynaya daha 64 əsgərin cəsədinin verildiyi qeyd olunub.

Həmçinin Rusiya parlamentinin aşağı palatasının deputatı Şəmsail Sarəliyev sosial media hesabında Rusiyanın 60 əsgərin cəsədini qəbul etdiyini açıqlayıb./Qafqazinfo/