Sevgilisini və oğlunu öldürdü - DƏHŞƏT
    • 2-08-2024, 14:20
    • 239

Sevgilisini və oğlunu öldürdü - DƏHŞƏT

Hadisə ötən gün səhər saatlarında Türkiyənin Döşemealtı səmtinin Duacı Məhəlləsində baş verib. 

News24.az xəbər verir ki, sevgili olan Aynur Çilli və Mehmet Altın 1,5 il əvvəl Muratpaşa səmtindəki evdə qadının 2 oğlu ilə yaşamağa başlayıb. Dünən səhər saatlarında Aynur Çilli, oğlu Bulutcan Çilli və sevgilisi Mehmet Altın Döşemealtıdakı Duacı Məhəlləsindəki meşəyə gedib.

Burada baş verən mübahisə zamanı Altın, Aynur Çilliyə çəkic ilə vurub. Oğlunun gözləri qarşısında qadını yerə vurduqdan sonra başına daşla bir neçə zərbə endirib. Sevgilisinin başını əzərək öldürən Mehmet Altın kiçik uşağı da götürərək yaşadığı evə gedib. O, anasını gözləri önündə öldürdüyü Bulutcanı hadisəyə şahid olduğu səbəbilə boğub, əl-ayağını və boynunu kəndirlə bağlayaraq evdən çıxıb.

Aynur Çillinin cansız cəsədini meşədə görənlərin 112 Təcili Yardım Mərkəzinə xəbər verməsi üzərinə polis qrupları hadisə yerinə sövq edilib. Aparılan araşdırmalar nəticəsində qadının şəxsiyyəti müəyyən edilib və sevgilisi Mehmet Altın şübhəli şəxs qismində tutulub. 

Altının evində axtarış aparmaq üçün ünvana gedən qruplar bu dəfə öldürüldükdən sonra kəndirlə bağlanmış Bulutcan Çillinin cəsədi ilə qarşılaşıblar.

Polis tərəfindən saxlanılan Mehmet Altın sevgilisi Aynur Çilli ilə mübahisə zamanı anasının öldürülməsinə şahid olduğu üçün kiçik oğlanı boğaraq öldürdüyünü etiraf edib. Evdə aparılan müayinələrdən sonra ana və oğulun cəsədləri Antalya Ədliyyə Tibb Qurumuna, Altın isə jandarma komandanlığına aparılıb.

Qeyd edək ki, Mehmet Altının Bulutcan Çillinin cəsədini qoymaq üçün evdən çıxaraq torba almağa gedərkən Şəhər Jandarma Komandanlığı Cinayət Axtarış Qrupları (JASAT) tərəfindən yaxalandığı məlum olub. Altın ifadəsində bir müddət söhbət etdiklərini, spirtli içki qəbul edib-etməmək kimi bəzi mövzularda mübahisə etdiklərini, mübahisə söyüşə çevriləndə isə Aynur Çillini öldürdüyünü bildirib.

Mehmet Altın jandarma əməliyyatlarının ardından səhər saatlarında ədliyyəyə göndərilib. Altının 17 fərqli cinayət sicili olduğu və 5 dəfə evli olduğu öyrənilərkən, sevgilisi Aynur Çillinin 20 fərqli cinayət qeydinin olduğu ortaya çıxıb.


Məryəm İlhamqızı