İcra başçısının müavini işdən çıxarıldı
    • 2-08-2024, 15:55
    • 437

İcra başçısının müavini işdən çıxarıldı

Goranboy rayon icra hakimiyyəti başçısının müavini vəzifəsindən azad edilib

News24.az "Report"a istinadla bildirir ki, Goranboy rayon icra hakimiyyəti başçısının müavini Şamxal Həsənov tutduğu vəzifədən azad olunub.

Məlumata görə, Ş.Həsənov işdən azad olunana qədər icra başçısının müavini - İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsini tuturdu.

Onun yerinə hələ ki yeni təyinat həyata keçirilməyib.