Goranboyun icra başçısının müavini vəzifəsindən azad olunub
    • 31-10-2022, 20:58
    • 299

Goranboyun icra başçısının müavini vəzifəsindən azad olunub

Goranboy Rayon İcra Hakimiyyətinin başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Rafət Qurbanov vəzifəsindən azad edilib.

News24.az-ın məlumatına görə, bununla bağlı Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quluyev müvafiq sərəncam imzalayıb.

O, 2020-ci ilin sentyabrında bu vəzifəyə təyinat almışdı.

R.Qurbanovun yerinə hələ təyinat yoxdur.