Haniyə üçün Ayasofyada cənazə namazı qılındı
    • 2-08-2024, 16:01
    • 504

Haniyə üçün Ayasofyada cənazə namazı qılındı

İranın paytaxtı Tehranda qətlə yetirilən HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyə üçün Türkiyənin bir çox şəhərlərində qiyabi cənazə namazı qılınıb.

News24.az xəbər verir ki, İstanbuldakı Ayasofya məscidində Haniyə üçün qiyabi cənazə namazı qılınıb.

Cənazə namazına Diyanət İşləri Başçısı Əli Erbaş da qatılıb. Erbaş Ayasofya məscidində cümə xütbəsini oxuyub. 

Qeyd edək ki, Ərbaşdan başqa, qiyabi olaraq cümə namazı və cənazə namazı qılmaq üçün Ayasofyaya çoxlu vətəndaş gəlib.

Məscidə sığmayanlar çöldəki həsirlərdə namaz qılıblar.

Günel Məlikzadə